Sehrli Rolls-Royce ilə macəramız
Altı yaşlı İlqarın özünün uydurduğu nağıl: danışan, uçan Rolls-Royce, Buzlar Krallığında donmuş günəş və bacısı Nihanın dondurması. Müəllif: İlqar İbrahimli, 6 yaş.
Nağılın fikri
Bu nağılı altı yaşlı İlqar İbrahimli özü uydurub: cəsarət, dostluq və kiçik bacıya qayğı. Uşağın öz nağılı cizgi nağıla çevrildi.
Nağılın mətni
Biri var idi, biri yox idi, altı yaşlı İlqar və onun iki yaşlı bacısı Nihan vardı.
İlqarın danışan, uçan, güclü işıq şüaları və sehrli silahları olan qara Rolls-Royce-u vardı.
Nihan isə dondurmanı çox sevirdi.
Ay pəncərədən boylanır, ulduzlar səmada sayrışırdı.
Bir gün Rolls-Royce-un faraları yanıb-söndü.
Rolls-Royce: BİP! BİP!
Rolls-Royce: Kapitan İlqar! Buzlar Krallığında günəş donub! Köməyə tələsək!
İlqar: Hazıram, Rolls! Gedirik!
Nihan: İlqa, donduymamı da götüyüm!
Nihan qışqırdı.
Uşaqlar maşına mindilər. Rolls-Royce yavaşca qarajdan çıxdı.
Rolls-Royce qızılı qanadlarını açdı, raket mühərriklərini işə saldı və buludları yararaq Buzlar Krallığına uçdu.
Maşın yumşaq buludların arasından sakitcə süzürdü.
Nihan: İlqa, buludlar donduyma kimi!
Rolls-Royce ağappaq qarın üstünə endi. Uşaqlar maşından düşdülər. Hər tərəf sakit idi.
Orada hər yer donmuşdu. Qarşılarına nəhəng, ağ tüklü Yeti çıxdı.
Yeti: Kömək edin! Buz Cadısı günəşi dondurub!
Günəş səmada qalın buz kürəsinin içində yatırdı.
Nihan Yetiyə dondurma verdi. Yeti elə asqırdı ki, qar adamının başı Rolls-Royce-un üstünə düşdü!
Nihan: Rolls papaq taxdı!
Nihan güldü.
Uşaqlar yenə maşına mindilər, Yeti də yanlarınca addımladı.
Yolda buz uçurumu qarşılarını kəsdi. Rolls-Royce uçuş rejimini işə salıb hamını uçurumdan keçirdi.
Nihan: Uçuyuq!
Bir azdan qarşıda buzdan bir saray göründü. Onun qüllələri şüşə kimi parıldayırdı.
Nəhayət, Buz Cadısının sarayına çatdılar.
Sarayın nəhəng qapısı açıldı və hamı ehmalca içəri girdi.
İçəridə sütunlar da, divarlar da buzdan idi. Taxtda Buz Cadısı oturmuşdu.
İlqar: Günəşi azad et!
İlqar cəsarətlə dedi.
Cadı sehrli çubuğunu yelləyib Yetini dondurdu. Sonra maşına buz oxları atdı!
Rolls-Royce: Kapitan, qoruyucu qalxan aktivdir!
Rolls-Royce səsləndi.
Buz oxları qalxana dəyib parçalandı!
Rolls-Royce güclü lazer faraları ilə Yetini buzdan azad etdi.
Yeti: Sağ ol, Rolls!
Nihan isə cadıya yaxınlaşıb dondurma uzatdı.
Nihan: Donduyma istəyisən?
Cadı kövrəldi:
Buz Cadısı: Mən təkəm, heç kim mənimlə dost olmur...
İlqar: Biz sənin dostun olarıq!
İlqar dedi.
Cadının gözündən bir damla yaş axdı və qar dənəciyinə çevrildi.
Cadı peşman olub sehrini geri götürdü. Amma günəşin ətrafındakı qalın buz ərimədi!
İlqar: Günəşi buradan görmək olmur. Gəlin çölə çıxaq!
Hamı sarayın qapısından çölə çıxdı. Rolls-Royce da yavaşca onların arxasınca gəldi.
Yuxarıda, səmada, donmuş günəş buz kürəsinin içində yatırdı.
Nihan: Yazıq günəş üşüyü...
Rolls-Royce: Kapitan, maksimum günəş şüası hazırdır!
Rolls-Royce dedi.
İlqar: ATƏŞ!
İlqar əmr verdi.
Rolls-Royce-un qızılı lazer şüası buz kürəsini parçaladı! Günəş yenidən parladı, krallıq xilas oldu!
Günəşin isti şüaları hər yanı isitdi, buzlar yavaş-yavaş əriməyə başladı.
Yeti sevincindən hoppanıb başını buluda vurdu. Üstünə qar töküldü.
Nihan: Yeti donduyma oldu!
Nihan qəhqəhə çəkdi.
Buz Cadısı Nihana heç vaxt qurtarmayan sehrli dondurma hədiyyə etdi.
Nihan: URAAA! DONDUYMAAA!
İlqar: Yenə gələcəyik, dostlar!
Rolls-Royce yenə səmaya qalxdı. Buludların üstündə ulduzlar bir-bir yanırdı.
Nihan: İlqa, mən yuxuluyam...
İlqar, Nihan və qəhrəman Rolls-Royce evə qayıtdılar.
Nihan sehrli dondurmasını qucaqlayıb yatdı, İlqar isə ulduzlara baxıb gülümsədi.
Beləcə, İlqarın cəsarəti, Rolls-Royce-un sehrli gücləri və Nihanın mehribanlığı Buzlar Krallığını xilas etdi.
İndi isə, balaca dostum, sən də gözlərini yum. Şirin yuxular!
Digər nağıllar: bütün video nağıllar · interaktiv nağıllar
Sifariş: hər biri yalnız bir uşaq üçün
Sifariş və bütün suallar WhatsApp-da. Yazın, uşağınız haqqında soruşub hər şeyi birlikdə razılaşdıraq.
Fərdiləşdirilmiş interaktiv nağıl
Uşağınız nağılın qəhrəmanı olur: adı, sevdiyi şeylər və öz 3D dünyası. Əvvəl mətni oxuyub təsdiqləyirsiniz. Telefonda, planşetdə və kompüterdə açılır.
100 AZNFormu doldurWhatsApp-da sifariş et
Sizin nağılınız cizgi nağıl olur
Nağılınızı göndərin: mətn və ya uşağınızın danışdığı səs yazısı. Biz onu karandaş üslubunda cizgi nağıla çeviririk: rəsmlər, musiqi və səsləndirmə.
20 AZNWhatsApp-da sifariş etOrder: each one made for one child
Orders in English are placed on our Etsy shop. Etsy handles the payment, and we talk with you in Etsy Messages.
Santa Video with Your Child's Name
A hand-drawn Christmas fairy tale: Santa calls your child by name, their favorite toy comes alive, and Santa says your message. Order by December 20.
$20Order on Etsy
Your Child's Story, Animated
Send a story your child wrote or told you, and we turn it into a hand-drawn cartoon with narration and music. Your child becomes the author.
$20Order on Etsy
Personalized Interactive Fairy Tale
Your child becomes the hero of a 3D fairy tale world, with their name and the things they love. You read and approve the text first.
$99Order on Etsy🎄 Free for Christmas: Nice List certificate with your child's name · Letter from Santa
✏️ Create your child's character (free preview) · More about: the personalized Santa video · turning your child's drawing or story into a cartoon
